15 fevral 2026. Bazar günü

Kriştiano Ronaldo "Əl Nəsr"lə geri dönüb - 962-ci qolunu vurdu


  • Offside
  • 23:03 14.02.2026
  • Oxunma sayı: 32
Kriştiano Ronaldo "Əl Nəsr"lə geri dönüb   - 962-ci qolunu vurdu

Kriştiano Ronaldo "Əl Nəsr" formasında "Əl-Fateh" üzərindəki 22-ci tur matçında 18-ci dəqiqədə qol vurub.

90deqiqe.Az-ın məlumatına görə, bu görüş portuqaliyalı hücumçu üçün klubun oyunlarını boykot etməsinin ardından ilk qarşılaşma olub. Hazırda hesab 1:0 "Əl Nəsr"in xeyrinədir.

Bu, Ronaldo karyerasında 962-ci qoludur.

Əvvəlki mərhələlərdə portuqaliyalı forvard "Əl Nəsr"in üç oyununda iştirak etməmişdi – ikisi Pro-Liqada, biri isə Asiya Çempionlar Liqasında. Ronaldo klubun bir sıra oyunçularına əməkhaqqının gecikdirilməsinə və Suveren Fondun (PIF) bəzi Səudiyyə klublarına yanaşma siyasətinə etiraz əlaməti olaraq bu addımı atmışdı.

Hazırda "Əl Nəsr" 20 matçdan sonra 49 xalla turnir cədvəlinin 3-cü pilləsindədir. Lider isə 21 oyundan 51 xal toplayan "Əl-Hilal" komandasıdır.







Offside