- Offside
- 23:37 14.02.2026
Səudiyyə Ərəbistanının "Əl-Fateh" və "Əl Nəsr" komandaları arasında 22-ci tur matçı başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, "Al-Fateh Club Stadium" stadionunda keçirilən görüşdə qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb. Hesabı 18-ci dəqiqədə Kriştiano Ronaldo açıb. İkinci hissədə, 78-ci dəqiqədə Ayman Yahya qonaqların üstünlüyünü artırıb.
Qeyd edək ki, Ronaldo bu qolunu Səudiyyə klubunun oyunlarını boykot etməsindən sonra ilk matçında vurub və bu onun karyerasında 962-ci qoludur.
Hazırda "Əl Nəsr" 21 oyundan sonra 52 xalla turnir cədvəlində 2-ci yerdədir. Lider isə 53 xalla "Əl-Hilal" komandasıdır. “Əl-Fateh” isə 24 xalla 10-cu sırada qərarlaşıb.