- Offside
- 19:04 16.02.2026
Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən yeniyetmə və gənc oğlan voleybolçuların seleksiya prosesi başlayıb.
AVF-dən 90deqiqe.Az-a verilən məlumata görə, "Seçim günü" çərçivəsində fevralın 14-15-də Sumqayıt Regional Voleybol Klubu və Şərqi Zəngəzur Regional Voleybol Klubu nəzdində fəaliyyət göstərən komandalarda seçimlər aparılıb.
Burada 2012 və 2013-cü il təvəllüdlü voleybolçuların fiziki hazırlıq səviyyəsi və texniki-taktiki bacarıqları gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən qiymətləndirilib.
Seçilən perspektivli idmançılar müvafiq yaş qrupları üzrə yığmalara cəlb olunacaqlar.
Qeyd edək ki, seleksiya prosesi mərhələli şəkildə davam etdiriləcək. Növbəti "Seçim günü" fevralın 21-də Bakı Regional Voleybol Klubunun bazasında təşkil olunacaq.