16 fevral 2026. Bazar ertəsi

"Sabah" liderliyini qorudu


  • Offside
  • 18:57 16.02.2026
  • Oxunma sayı: 37
 "Sabah"  liderliyini qorudu

Misli Premyer Liqasının XX turunda lider "Sabah" səfərdə "Qəbələ"ni məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən turun son qarşılaşmasında paytaxt təmsilçisi minimal hesablı qələbəyə sevinib – 1:0. Oyunda yeganə qolu 54-cü dəqiqədə Xəyal Əliyev vurub.

Bu nəticədən sonra Bakı klubu xallarının sayını 49-a çatdıraraq turnir cədvəlinin vahid lideri mövqeyini möhkəmləndirib. 14 xalda qalan Qəbələ FK isə 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Neftçi" isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. "Şamaxı" – "Turan Tovuz" matçında isə qol qeydə alınmayıb.







Offside

 "Sabah"  liderliyini qorudu
  • Offside
  • 18:57 16.02.2026
"Sabah" liderliyini qorudu