17 fevral 2026. Çərşənbə axşamı

Karlos Alkaraz və Yannik Sinner Dohada iştirak üçün milyonlar qazandı


  • Offside
  • 23:49 16.02.2026
  • Oxunma sayı: 35
Karlos Alkaraz və Yannik Sinner Dohada iştirak üçün milyonlar qazandı

Yeddiqat Böyük Dəbilqə çempionu, dünya birincisi Karlos Alkaraz və dördqat Böyük Dəbilqə qalibi, dünya reytinqində ikinci yerdə olan Yannik Sinner Qətərin paytaxtı Dohada keçirilən ATP-500 kateqoriyalı turnirdə iştirak üçün təxminən 1,2 milyon dollar qazanıblar.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" yayıb.

Maraqlıdır ki, hətta turnirin çempionu daha az – 529,945 dollar mükafat alacaq. Məlumata görə, turnirin təşkilatçıları hər yolla diqqəti artırmaq və gələcəkdə Doha turnirini “Masters” səviyyəsinə qaldırmaq istəyirlər.

Turnirin ilk turunda Karlos Alkaraz dünya reytinqində 30-cu sırada qərarlaşan fransalı Artur Rinderkneç ilə üz-üzə gələcək. Yannik Sinner isə artıq çex Tomas Maçacı (31-ci dünya reytinqi) məğlub edib.







Offside

 "Sabah"  liderliyini qorudu
  • Offside
  • 18:57 16.02.2026
"Sabah" liderliyini qorudu