17 fevral 2026. Çərşənbə axşamı

"Hər şey yalnız çempionatın nəticələrindən asılı olacaq"


  • Offside
  • 23:52 16.02.2026
  • Oxunma sayı: 40
"Hər şey yalnız çempionatın nəticələrindən asılı olacaq"

44 yaşlı ikiqat Formula 1 çempionu Fernando Alonso idmandakı gələcəyi ilə bağlı qərar verməyi planlaşdırdığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "F1-Insider" ispaniyalı pilotçunun dediklərini belə çatdırıb.

"[Qərar verməzdən əvvəl] nə qədər çox gözləyə bilsəm, bir o qədər yaxşıdır. Və seçimimi etmək üçün sentyabr ayına qədər gözləmək niyyətindəyəm.

Düşünmürəm ki, hər şey yalnız çempionatın nəticələrindən asılı olacaq. Özümü necə hiss etdiyimi, nə qədər motivasiyalı olduğumu, uçuşların, marketinqin və trasdan kənarda baş verən hər şeyin mənə nə qədər təsir etdiyini görməliyəm"

Alonso hazırda Britaniya komandası "Aston Martin"də çalışır. Onun komanda yoldaşı kanadalı Lens Strolldur.







Offside

 "Sabah"  liderliyini qorudu
  • Offside
  • 18:57 16.02.2026
"Sabah" liderliyini qorudu