- Offside
- 23:59 16.02.2026
44 yaşlı ikiqat Formula 1 çempionu Fernando Alonso 2026 mövsümündə "Aston Martin" F1 Teamin uğur qazanacağına əmin olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, "FormulaPassion" ispaniyalı pilotçunun dediklərini belə çatdırıb.
Alonsonun sözlərinə görə, təcrübəli britaniyalı mühəndis Adrian Newey komandanın qələbəsi üçün əsas şərtdir. “Newey – bizim qələbə üçün ehtiyac duyduğumuz hər şeydir. O, həm çətin, həm də uğurlu dövrləri yaşamış təcrübəli mühəndisdir. Biz isə addım-addım inkişaf edərək üzərində işləməli olduğumuz sahələri müəyyən edirik”
İspaniyalı sürücünün sözlərinə görə, maşın artıq Melburndə tam fərqli olacaq və komanda ikinci yarıda istədiyi nəticələri əldə etmək üçün motor və sürət qutusu inteqrasiyasını yaxşılaşdırmalıdır. “Aero və güc qurğusunun xüsusiyyətləri hələ də həlledici olacaq və məhz burada potensialımızı ortaya qoymalıyıq. Hələ tam olaraq harada olduğumuzu bilmirik, amma bu iki sahəyə fokuslanmışıq”, – Alonso əlavə edib.