17 fevral 2026. Çərşənbə axşamı

AFFA rəsmisi Avropa Kubokunun oyununa təyinat alıb


  • Offside
  • 12:58 17.02.2026
  • Oxunma sayı: 22
AFFA rəsmisi Avropa Kubokunun oyununa təyinat alıb

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

90deqiqe.Az xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun 1/4 final mərhələsində Avstriyada “Austriya” və Çexiyanın “Sparta” klubları arasında keçiriləcək cavab matçının UEFA nümayəndəsi olacaq. Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən “Franz-Horr” stadionunda baş tutacaq.

Komandalar arasında Çexiyada keçirilən ilk görüşdə 0:0 hesabı qeydə alınıb.







Offside