- Offside
- 17:10 17.02.2026
"Əl-Nəsr"in qadınlardan ibarət futbol komandasında oynayan braziliyalı futbolçu Kathellen Sousa İslam dinini qəbul edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun sosial media hesabında paylaşılıb. Paylaşımda bunlar qeyd olunub:
“Kathellen Sousanın İslamı qucaqladığı bu xüsusi anı paylaşırıq və onun qəlbinin sükunət və rahatlıqla dolmasını arzulayırıq.”
Klubun binasında keçirilən mərasimdə komanda yoldaşları ilə birlikdə dinini dəyişməsini qeyd edən Sousa deyib: “Burada məqsədim yalnız doğru yolu tapmaq və ola biləcəyim ən yaxşı insan olmaqdır.”