- Offside
- 22:48 17.02.2026
Azərbaycanlı atlet Abdulla Əliyev Türkiyənin İstanbul şəhərində Ruhi Sarıalp Beynəlxalq Tullanmalar Kubokunda uğurla çıxış edib.
90deqiqe.Az xəbər verir ki, U-20 kateqoriyasında uzunluğa tullanma növündə mübarizə aparan təmsilçimiz bütün rəqiblərini geridə qoyaraq beynəlxalq yarışın qalibi olub.
O, 6.75 metr göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.