17 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib


  • Offside
  • 19:58 17.02.2026
  • Oxunma sayı: 38
Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV turun oyunlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, turun açılış qarşılaşmasında “Murov Az Terminal” komandası “Gənclər” kollektivi ilə üz-üzə gəlib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan görüş “Murov Az Terminal”ın üstünlüyü şəraitində keçib. Komanda rəqibini hər üç setdə böyük hesab fərqi ilə məğlub edib – 3:0 (25:16, 25:14, 25:14). Bu nəticə ilə “Murov Az Terminal” turnir cədvəlində mövqeyini daha da möhkəmləndirib.

Qadın voleybolçuların Yüksək Liqasında isə XIII turun oyunlarına yekun vurulub. Turun son qarşılaşmasında “Gəncə” komandası “Gənclər” üzərində inamlı qələbə qazanıb. Gəncə təmsilçisi matçı 3:0 (25:10, 25:10, 25:9) hesabı ilə başa vuraraq növbəti üç xalı aktivinə yazdırıb.

Beləliklə, həm kişi, həm də qadınların Yüksək Liqasında turun oyunları gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Turnirin növbəti qarşılaşmaları yaxın günlərdə keçiriləcək.







Offside