- Offside
- 22:48 17.02.2026
Dortmund “Borussiya”sı və "Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp 2026 Qış Olimpiya Oyunları çərçivəsində keçirilən kişi biatlon estafet yarışında rəmzi iştirak edib.
90deqiqe.Az xəbər verir ki, almaniyalı mütəxəssisə yarışın son dövrəsinin startını bildirmək üçün zəng çalmaq həvalə olunub.
4x7,5 km məsafəyə keçirilən və cərimə dövrəsi tətbiq olunan estafet yarışının qalibi Fransa millisi olub. Fransa yığması bununla da kişi estafetində ölkə tarixində ilk Olimpiya qızıl medalını qazanıb.
Biatlon. Olimpiya Oyunları – 2026. İtaliya
Estafet (4x7,5 km), kişilər
Fransa (Fabien Klod, Emilien Jaklen, Kanten Fiyon Maye, Erik Perro) – 1:19.55,2 (1 cərimə dövrəsi + 9 əlavə patron)
Norveç (Martin Uldal, Yohan-Olav Botn, Sturla Holm Legreyd, Vetle Şosta Kristiansen) – +9,8 (0+6)
İsveç (Viktor Brandt, Yesper Nelin, Martin Ponsiluoma, Sebastian Samuelsson) – +57,5 (0+6)