18 fevral 2026. Çərşənbə

Karlos Alkaraz növbəti mərhələdə


  • Offside
  • 22:48 17.02.2026
  • Oxunma sayı: 37
Karlos Alkaraz növbəti mərhələdə

Yeddiqat Böyük Dəbilqə çempionu və dünya reytinqində 1-ci yerdə olan ispan tennisçi Karlos Alkaraz Qətərin Doha şəhərində keçirilən ATP-500 turnirinin ikinci mərhələsinə vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, o, yarışı fransız Artur Rinderkneş (reytinqdə 30-cu yerdə) 6-4, 7-6 (7-5) hesabları ilə məğlub edərək açıb.

Dohada keçirilən ATP-500 turnirinin ikinci mərhələsində Karlos Alkaraz fransız tennisçi Valentin Royer ilə qarşılaşacaq.







Offside