21 fevral 2026. Şənbə

Atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək


  • Offside
  • 14:29 18.02.2026
  • Oxunma sayı: 147
Atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

Bakıda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında qapalı məkanda ölkə birinciliyi keçiriləcək.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Atletika Federasiyasından (AAF) bildirilib.

Fevralın 20-21-də baş tutacaq turnirdə yeniyetmə atletlər müxtəlif proqramlar üzrə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi və AAF tərəfindən Bakı Atletika Mərkəzində təşkil olunacaq.







Offside