- Offside
- 22:53 18.02.2026
İspaniya Kubokunun final mərhələsinin keçiriləcəyi tarix rəsmən açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı İspaniya Kral Futbol Federasiyası yayıb. Bildirilib ki, həlledici qarşılaşma aprelin 18-dən 19-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Final oyunu Sevilya şəhərində yerləşən Estadio de la Cartuja stadionunda təşkil olunacaq.
Qeyd edək ki, yarımfinalın ilk oyunlarından sonra "Barselona" doğma meydanda "Atletiko Madrid"ə 0:4 hesabı ilə məğlub olub. Digər cütdə isə "Atletik Bilbao" səfərdə "Real Sosyedad"a 0:1 hesabı ilə uduzub.
Cavab qarşılaşmalarından sonra finalçıların adına aydınlıq gələcək.