19 fevral 2026. Cümə axşamı

Azərbaycan cüdoçuları üçün seminar təşkil olunub


  • Offside
  • 18:57 18.02.2026
  • Oxunma sayı: 52
Azərbaycan cüdoçuları üçün seminar təşkil olunub

Azərbaycanın cüdo üzrə yeniyetmə qızlardan ibarət millisinin üzvləri üçün art-terapiya seminarı təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, məşğələnin əsas məqsədi cüdoçuların emosional dayanıqlığını gücləndirmək, stress səviyyəsini azaltmaq və onların psixoloji rifahını dəstəkləməkdir.

Bu təşəbbüs yığmada sağlam psixoloji mühitin formalaşdırılması və uzunmüddətli idman uğurlarının təmin edilməsi istiqamətində atılan vacib addımlardan biridir.

Gələcəkdə də yeniyetmə idmançıların psixoloji hazırlığına yönəlmiş oxşar fəaliyyətlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.







Offside

İtaliyalı tennisçi  1/4 finalda
  • Offside
  • 22:53 18.02.2026
İtaliyalı tennisçi 1/4 finalda