- Offside
- 12:58 19.02.2026
Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin transfer olunduğu "Kolambus Kryu" yeni mövsüm ərəfəsində əsas komandanın məşqçilər heyətini rəsmən açıqlayıb.
90deqiqe.Az-ın məlumata görə, ABŞ təmsilçisinin texniki heyətinə baş məşqçi qismində isveçli mütəxəssis Henrik Ridström rəhbərlik edəcək. Onun köməkçiləri vəzifəsinə Teodor Olsson, Loran Kurtua və Coş Vilyams təyin olunublar.
Komandanın qapıçılar üzrə məşqçisi funksiyasını Fil Berger yerinə yetirəcək. Video və məlumat analizi şöbəsinə Mark ONil rəhbərlik edəcək. Əsas komandanın analitiki vəzifəsi isə Mak Pakhaya həvalə olunub.
Qeyd edək ki, Nəriman Axundzadənin ABŞ klubu ilə imzaladığı müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. MLS təmsilçisinin bu transfer üçün "Qarabağ" klubuna 1 milyon avrodan bir qədər artıq məbləğ ödəyəcəyi bildirilir.