- Offside
- 23:20 19.02.2026
Futzal üzrə Azərbaycan Yüksək Liqasının XI turunda iki qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumata görə, turun ən məhsuldar oyunu Neftçi İK ilə Lənkəran arasında baş tutub. Görüş paytaxt təmsilçisinin 19:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda isə Araz-Naxçıvan Baku Fire üzərində 8:3 hesablı qələbə qazanıb.
Hər iki qarşılaşma Olimpik Star idman kompleksində keçirilib.
Qeyd edək ki, turun U-19 – Şuşa oyunu fevralın 21-də baş tutacaq.
“Neftçi” İK – 28 xal
“Araz-Naxçıvan” – 28 xal
“Baku Fire” – 20 xal
“Şuşa” – 12 xal
U-19 – 6 xal
“Lənkəran” – 0 xal