21 fevral 2026. Şənbə

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının adı dəyişdirilib


  • Offside
  • 14:55 20.02.2026
  • Oxunma sayı: 80
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının adı dəyişdirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının adı dəyişdirilərək Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq.

90deqiqe.Az xəbər veri ki, bu barədə federasiyanın Ümumi Yığıncağında qərar qəbul olunub.

Bu addım ölkədə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır.

Eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri idmana cəlb etmək federasiyanın əsas prioritetləri sırasındadır.







Offside