21 fevral 2026. Şənbə

Azərbaycanın boks milliləri təlim-məşq toplanışına başlayıblar


  • Offside
  • 17:03 20.02.2026
  • Oxunma sayı: 80
Azərbaycanın boks milliləri təlim-məşq toplanışına başlayıblar

Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, hər 2 komanda hazırlığı Bakıda keçir.

Məşqçilər korpusu toplanışa U-19 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.

Qeyd edək ki, hazırlıq martın 1-də yekunlaşacaq.







Offside