21 fevral 2026. Şənbə

Neymar gələcəyi ilə bağlı qərarını açıqladı


  • Offside
  • 20:16 20.02.2026
  • Oxunma sayı: 118
Neymar gələcəyi ilə bağlı qərarını açıqladı

Braziliyalı hücumçu Neymar peşəkar futbolçu karyerasını tezliklə başa vura bilər.

90deqiqe.Az-ın "Cazé TV"yə istinadən məlumata görə, hazırda "Santos"da çıxış edən 34 yaşlı hücumçu dekabr ayında karyerasını bitirmək ehtimalını istisna etməyib.

Təcrübəli forvard bildirib ki, yekun qərarı zamanla verəcək və hər şey şəxsi hisslərindən asılı olacaq.

Qeyd edək ki, Neymar 2025-ci ilin yanvarında doğma klubuna qayıdıb. Onun “Santos”la müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

“Sambaçı” futbolçu San-Paulu təmsilçisinin heyətində ümumilikdə 254 matç keçirib, 147 qola və 71 assistə imza atıb.

Transfermarktın təqdim etdiyi məlumata görə, Neymarın hazırkı transfer dəyəri 10 milyon avrodur.







Offside