21 mart 2026. Şənbə

Millimiz turniri sonuncu pillədə başa vurdu


  • Offside
  • 17:16 25.09.2019
  • Oxunma sayı: 531
Millimiz turniri sonuncu pillədə başa vurdu

Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən "Caspian Cup-2019" turnirində son oyununa çıxıb.

Corner.az xəbər verir ki, komandamız Qazaxıstanla üz-üzə gəlib.

Hər iki komanda ilk iki turda aktivinə 1 xal yazdırdığından, bu görüş autsayderi müəyyənləşdirib. Rəqibinə 2:5 hesabı ilə məğlub olan millimiz turniri sonuncu pillədə başa vurub.

Qeyd edək ki, millimiz turnir çərçivəsində Rusiyaya uduzub (1:2), İranla bərabərə (2:2) qalıb.

 

"Caspian Cup-2019"

III tur

Azərbaycan - Qazaxıstan - 2:5

Qollar: Teles Tyaqo, 26:04; Eduardo, 36:20 - Cinqiz Yesenamanov, 02:45; Teles Tyaqo, 12:30 (ö/q); Birjan Orazov, 14:08; Duqlas, 19:42, 27:27







Offside