- Offside
- 16:56 21.02.2026
Norveçli xizəkçi Yohannes Klebo 2026-cı il Olimpiya Oyunlarında iştirak etdiyi altı yarışın hamısında qızıl medal qazanaraq tarixi nəticəyə imza atıb.
90deqiqe.Az xəbər verir ki, beləliklə, Klebo artıq 11 qat Olimpiya çempionu olub.
Bu uğur Olimpiya tarixində rekord hesab olunur — heç bir idmançı bir Olimpiadada altı qızıl medal qazana bilməyib.
Onun son qələbəsi 50 km-lik marafonda qızıl medal qazanmaq olub. Əvvəlki uğurları isə skiatlon, komanda və fərdi sprintlər, kişi estafeti və 10 km sərbəst üsul yarışlarını əhatə edib.
2026-cı il Olimpiya Oyunları İtaliyada fevralın 22-də yekunlaşacaq.