- Offside
- 19:23 21.02.2026
Norveçli xizəkçi Yohannes Klebo 2026-cı il Olimpiya Oyunlarında İtaliyada 50 km-lik klassik marafonu qələbə ilə başa vuraraq 11-ci dəfə Olimpiya çempionu olub.
90deqiqe.Az xəbər verir ki, marafonda ikinci pilləni norveçli Martin Lovstrom Nyenget tutub, üçüncü yer isə həmvətəni Emil İversenə qismət olub.
Yarışın yekun nəticələri (kişilər, 50 km, klassik stil):
Yohannes Klebo — 2:07.7,1
Martin Lovstrom Nyenget — +17,5
Emil İversen— +46,2
Klebo 2026 Olimpiadasında iştirak etdiyi altı yarışın hamısında qızıl medal qazanaraq Olimpiya tarixində rekord vurub. Heç bir idmançı bir Olimpiadada altı qızıl medal əldə edə bilməyib.
2026-cı il Olimpiya Oyunları Milan və Kortina d'Ampezzo şəhərlərində 6–22 fevral tarixlərində keçirilir.Ümumilikdə 116 medal uğrunda mübarizə aparılacaq.