- Offside
- 23:45 21.02.2026
Dünyanın 1 nömrəli tennisçisi Karlos Alkaras Qətərin Doha şəhərində keçirilən ATP 500 turnirinin qalibi olub.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı turnirdə fransız Artur Fissi (reytinqdə 40-cı yerdə) 6-2, 6-1 hesabları ilə məğlub edib.
Oyunçular meydanda 52 dəqiqə keçiriblər.
22 yaşlı Alkaras karyerasının 26-cı, 2026-cı il mövsümündə isə ikinci titulunu qazanıb. Alkaras əvvəllər 2026-cı il Avstraliya Açıq Çempionatının qalibi olub.