22 fevral 2026. Bazar günü

Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün başa çatır


  • Offside
  • 12:28 22.02.2026
  • Oxunma sayı: 43
Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün başa çatır

AGF Trophy çərçivəsində Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

90deqiqe.Az xəbər verir ki, yarışın son günündə idmançılar final mərhələsində medallar uğrunda mübarizə aparırlar.

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Milli Gimnastika Arenasında keçirilən turnirdə Azərbaycan geniş heyətlə təmsil olunur.

Batut gimnastikası üzrə yığmanın heyətində Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova yer alıblar. Tamblinq yarışlarında isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov ölkəmizin şərəfini qoruyurlar.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov finala yüksəliblər. Qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova tandemi həlledici raunda vəsiqə qazanıb. Sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova, sinxron kişilər proqramında isə Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü finalda çıxış etmək hüququ əldə edib.

Tamblinq üzrə yarışlarda da Azərbaycan təmsilçiləri uğurlu nəticə göstəriblər. Tofiq Əliyev və Mixail Malkin təsnifatı uğurla adlayaraq final mərhələsinə yüksəliblər.

Qeyd edək ki, Dünya Kubokunda 6 ölkədən 66 idmançı iştirak edir. Turnirə bu gün keçiriləcək final çıxışları ilə yekun vurulacaq.







Offside