- Offside
- 14:33 22.02.2026
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycan gimnastları növbəti uğura imza atıblar.
90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə tamblinq üzrə çıxış edən Tofiq Əliyev və Mixail Malkin medalçılar sırasında yer alıblar.
Tofiq Əliyev final mərhələsində uğurlu performans sərgiləyərək gümüş medala sahib çıxıb. Mixail Malkin isə həlledici raundda ən yüksək nəticəni göstərərək qızıl mükafatı qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova da Dünya Kubokunda gümüş medal əldə edib. 6 ölkədən 66 idmançının qatıldığı yarışa bu gün yekun vurulacaq.