22 fevral 2026. Bazar günü

Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub


  • Offside
  • 17:41 22.02.2026
  • Oxunma sayı: 54
Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

90deqiqe.Azn məlumatına görə, gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə qalib və mükafatçılar müəyyənləşib.

Bürünc medal uğrunda keçirilən qarşılaşmada təcrübəli şahmatçı Gülnar Məmmədova Türkan Məmmədyarova üzərində 1,5:0,5 hesablı qələbə qazanaraq üçüncü yerə sahib çıxıb.

Final görüşü isə daha dramatik alınıb. Həlledici mərhələdə Ülviyyə Fətəliyeva ilə Ayan Allahverdiyeva üz-üzə gəlib. Əsas oyunlarda qalib müəyyənləşmədiyindən çempionun adına tay-brekdə aydınlıq gəlib. Əlavə görüşlərdə 1,5:0,5 hesabı ilə üstün olan Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu tituluna yiyələnib.

Beləliklə, ölkə çempionatında bu il qızıl medal Ülviyyə Fətəliyevaya qismət olub, Gülnar Məmmədova isə turniri bürünc medalla başa vurub.







Offside