23 fevral 2026. Bazar ertəsi

Şahmat üzrə Azərbaycan çempionatına yekun vuruldu


  • Offside
  • 21:53 22.02.2026
  • Oxunma sayı: 62
Şahmat üzrə Azərbaycan çempionatına yekun vuruldu

Şahmat üzrə Azərbaycan çempionatına rəsmi olaraq yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, paytaxtda təşkil olunan bağlanış mərasimində federasiya rəhbərliyi, şahmatçılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışın əhəmiyyətindən danışaraq qalibləri təbrik edib və onlara beynəlxalq arenada uğurlar arzulayıb.

Mərasim çərçivəsində mükafatlandırma mərasimi keçirilib. Kişilərin mübarizəsində qızıl medala Məhəmməd Muradlı sahib çıxıb. Qadınların yarışında isə çempionluq titulunu Ülviyyə Fətəliyeva qazanıb.

Qeyd edək ki, ölkə çempionatının ümumi mükafat fondu 92 min manat olub. Bunun 62 min manatı kişilərin, 30 min manatı isə qadınların yarışına ayrılıb.







Offside