- Offside
- 23:59 23.02.2026
Qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb.
Güləş Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Mariya Stadnik U-17 və U-15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.
Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U-23 yığmasında, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.