- Offside
- 23:59 23.02.2026
"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in birinci turunda "Los Anceles"ə 3-0 hesabı ilə məğlub olduqdan sonra hakimlikdən narazılığını bildirib.
90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, matçdan sonra səkkizqat "Qızıl top" mükafatçısı qəzəblənib və hakimin otağına girməyə çalışıb. Hakimlərlə müzakirə zamanı Messi videoya çəkilmiş bir neçə ifadə işlədib.
"Siz həmişə anlaşılmaz danışırsınız və cəfəngiyat fit çalırsınız. Siz həmçinin hörmət etməyi öyrənməlisiniz. Siz həmişə bizi fərqli şəkildə idarə edirsiniz", - deyə argentinalı ulduz qeyd edib.
"İnter Mayami"nin növbəti MLS matçı Bakı vaxtı ilə 1-2 mart gecəsi keçiriləcək. Komanda səfərdə "Orlando Siti" ilə oynayacaq. "İnter Mayami" hazırkı MLS Kubokunun sahibidir.