24 fevral 2026. Çərşənbə axşamı

Azərbaycanın iki boksçusu Sofiyadakı turnirə qələbə ilə başlayıb


  • Offside
  • 10:52 24.02.2026
  • Oxunma sayı: 40
Azərbaycanın iki boksçusu Sofiyadakı turnirə qələbə ilə başlayıb

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turnirinə start verilib.

Boks Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, 31 ölkədən 338 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.

50 kiloqramda Bilalhəbaşi Nəzərov 1/8 finalda Luis Runini (İrlandiya) sınağa çəkib. Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (30:27, 30:27, 28:29, 29:28, 30:27). O, növbəti görüşünü fevralın 27-də Rudolf Qarboyana (Ermənistan) qarşı keçirəcək.

Məhəmmədəli Aşırəliyev (60 kiloqram) də turnirə qələbə ilə başlayıb. O, 1/16 finalda Mişel Baldassini (İtaliya) 3:2 (30:27, 29:28, 28:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Azərbaycan çempionu növbəti qarşılaşmasında Yazal Hussam Seyfellə (Misir) üz-üzə gələcək. Döyüş fevralın 25-də olacaq.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.







Offside