- Offside
- 13:28 24.02.2026
Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun ulduz transferi Kərim Benzema məşq zamanı zədə alıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, fransalı hücumçu bud nahiyəsindən xəsarət alıb. Onun qarşıdakı turda "Əl Tavun" komandasına qarşı oyunda iştirakı böyük sual altındadır.
Qeyd olunur ki, Benzema yaxın vaxtlarda tibbi müayinədən keçəcək. Müayinənin nəticəsindən sonra futbolçunun yaşıl meydanlardan nə qədər kənarda qalacağı dəqiqləşəcək.
Xatırladaq ki, təcrübəli forvard bu ilin qış transfer pəncərəsində "Əl Ittihad" klubundan “Əl Hilal”a keçib. O, yeni komandasında keçirdiyi üç oyunda üç qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.