24 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb


  • Offside
  • 17:46 24.02.2026
  • Oxunma sayı: 54
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya yığmalarına qarşı keçiriləcək görüşlər üçün geniş heyəti açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev 15 oyunçuya dəvət göndərib.

Amil Həmzəyev, Əkbər Məmmədov (hər ikisi "Neftçi"), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov (hamısı "Sabah"), Ulaş Turqut, Cəbrayıl Əkbərov (hər ikisi "Gəncə"), Elşad Şirzadov ("Ordu"), Vesli Van Bek ("Tenerife", İspaniya), Derin Berkoz (NTD), Rəşid Abbasov, Ercan Donat (hər ikisi "Şəki"), İsmayıl Abdullayev və Saadettin Donat (hər ikisi "Abşeron Lions") yığmaya çağırılıblar.

Əkbər Məmmədov və İsmayıl Abdullayev geniş heyətə dəvət olunsalar da, zədə səbəbindən təlim-məşq toplanışını davam etdirə bilməyiblər.

Qeyd edək ki, milli komanda fevralın 27-də İrlandiya, martın 2-də isə Şimali Makedoniya ilə üz-üzə gələcək.







Offside