- Offside
- 20:13 24.02.2026
Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, qadınlar arasında 50 metr məsafəyə üzgüçülük yarışında SOCAR-ın əməkdaşı Lilya Xamətova birinci yerə layiq görülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri Leyla Əliyeva ikinci, Afaq Sultanova isə üçüncü yeri tutublar.
Kişilər arasında keçirilən 50 metr məsafəyə üzgüçülük yarışında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Emil İbrahimov, Toğrul Sadıqov və Məhəmməd Həbibzadə fərqləniblər.
Qadınlar arasında estafet yarışının qalibi FHN olub. İkinci yeri SOCAR, üçüncü yeri DİN tutublar. Estafet yarışlarında kişilər arasında birinci yerə DİN, ikinci yerə FHN, üçüncü yerə SOCAR layiq görülüblər. Qarışıq estafet yarışında birinci yeri FHN, ikinci yeri SOCAR, üçüncü yeri isə DİN təmsilçiləri qazanıblar.