- Offside
- 23:29 25.02.2026
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun oyunlarına start verilib.
90deqiqe.Az-ın məlumatına görə, turun ilk oyun günündə azarkeşlər iki maraqlı qarşılaşmaya şahidlik ediblər.
Günün ilk matçı Abşeron Olimpiya İdman Kompleksində baş tutub. Meydan sahibləri “Gənclər” komandası ilə “Ordu” üz-üzə gəlib. Görüş “Ordu”nun tam üstünlüyü şəraitində keçib. Rəqibinə set verməyən qonaqlar matçı 3:0 hesabı ilə başa vuraraq növbəti qələbəsini aktivinə yazdırıb.
Digər qarşılaşma isə Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib. Turun ən gərgin oyunu sayılan görüşdə “Neftçi” ilə “Azərreyl” münasibətlərinə aydınlıq gətirib. Beş set davam edən dramatik mübarizədə “Neftçi” 3:2 hesablı qələbə qazanaraq vacib iki xalı əldə edib.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XV tura fevralın 28-də yekun vurulacaq. Turun növbəti oyunlarının da gərgin idman mübarizəsi ilə yadda qalacağı gözlənilir.