25 fevral 2026. Çərşənbə

Azərbaycan güləşçiləri Albaniyada medal uğrunda qüvvələrini sınayacaqlar


  • Offside
  • 21:38 25.02.2026
  • Oxunma sayı: 38
Azərbaycan güləşçiləri Albaniyada medal uğrunda qüvvələrini sınayacaqlar

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo Turniri”ndə yarışlara başlayıblar.

90deqiqe.Az xəbər verir ki, reytinq turnirində təmsilçilərimizdən biri finala yüksəlib, digər ikisi isə üçüncü yer uğrunda mübarizə aparacaq.

65 kq çəkidə yarışan Rəşid Babazadə yarımfinala qədər uğurla çıxış edib. O, finala gedən yolda Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucov üzərində qələbə qazanaraq qızıl medal uğrunda görüşdə iştirak etmək hüququ əldə edib.

57 kq çəkidə İslam Bazarqanov və 86 kq-da Arseniy Djioyev üçüncü yer uğrunda qarşılaşmalarda qüvvələrini sınayacaqlar.

Medallar uğrunda döyüşlər Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.







Offside