25 fevral 2026. Çərşənbə

Azərbaycanın daha bir boksçusu “Strandja”da 1/4 finala yüksəlib


  • Offside
  • 21:41 25.02.2026
  • Oxunma sayı: 39
Azərbaycanın daha bir boksçusu “Strandja”da 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Məhəmmədəli Aşırəliyev Bolqarıstanın paytaxtı Sofiyada "Strandja" beynəlxalq turnirində növbəti qələbəsini qazanıb.

90deqiqe.Az xəbər verir ki, 60 kq-da mübarizə aparan milli üzvü 1/8 finalda Yazal Hussam Seyfeli (Misir) mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Azərbaycan çempionu 1/4 finalda Ayder Abduraimovla (Ukrayna) döyüşəcək. Görüş fevralın 27-də olacaq.

Qeyd edək ki, Aşırəliyevdən öncə Bilalhəbaşi Nəzərovla (50 kq) Zidan Hünbətov (55 kq) 1/4, Malik Həsənov (65 kq) 1/8 finala vəsiqə qazanıb.







Offside