- Offside
- 23:29 25.02.2026
"Əl-Nacma" və "Əl-Nəsr" komandaları Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, Ər-Riyaddan olan qonaqlar meydanda üstünlüyünü erkən dəqiqələrdən nümayiş etdiriblər. Oyunun əvvəlində Kriştiano Ronaldo penalti qazanıb və zərbəni dəqiq yerinə yetirərək hesabı açıb.
Bu qol portuqaliyalı ulduzun peşəkar karyerasında 965-ci qol olub. Möhtəşəm 1000 qol həddinə çatmaq üçün Ronaldoya daha 35 dəfə fərqlənmək lazımdır.
Hazırda 39 yaşlı hücumçunun "Əl-Nəsr" ilə müqaviləsi 2026/2027-ci illər mövsümünün sonunadək qüvvədədir.