- Offside
- 18:57 26.02.2026
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turuna daxil olan yarışda ölkəmiz 12 çəki dərəcəsində 18 cüdoçu ilə (12 kişi, 6 qadın) təmsil olunacaq. Turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq.
“Böyük Dəbilqə”
Kişilər
60 kiloqram, 1/16 final
Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)
Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)
66 kiloqram, 1/16 final
Nizami İmranov – Minhao Canq (Çin)
Turan Bayramov – Matan Kokolayev (İsrail)
73 kiloqram, 1/32 final
Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)
73 kiloqram, 1/16 final
Hidayət Heydərov – Arun Kumar (Hindistan)
81 kiloqram, 1/16 final
Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)
90 kiloqram, 1/16 final
Murad Fətiyev – Vlad Vişan (Rumıniya)
100 kiloqram, 1/16 final
Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)
100 kiloqram, 1/8 final
Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan)
+100 kiloqram, 1/8 final
Camal Qamzatxanov – Ritik Kumar (Hindistan)
Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan)
Qadınlar
48 kiloqram, 1/16 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)
Şəfəq Həmidova – Venna Cuanq (Çin)
52 kiloqram, 1/16 final
Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)
63 kiloqram, 1/16 final
Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan)
70 kiloqram, 1/16 final
Südabə Ağayeva – Kamila Badurova (Rusiya)
+78 kiloqram, 1/16 final
Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan).
Qeyd edək ki, turnir fevralın 27-dən martın 1-dək təşkil olunacaq.