- Offside
- 13:07 27.02.2026
“Los-Anceles Leykers”in playmeykeri Luka Donçic komandasıın son nəticələri barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, 26 yaşlı basketbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Sadəcə oyundan-oyuna gedirik, hər görüşdə qələbə qazanmağa çalışırıq. Açığı, Ulduzlar Matçından sonra yaxşı başlanğıc olmadı, amma heç nə itirməmişik. Hər oyunda qələbə əhval-ruhiyyəsini qorumağa davam etməliyik”.
Qeyd edək ki, sonuncu NBA matçında “Leykers” "Finiqs Sanz" komandası ilə qarşılaşıb və 110:113 hesabı ilə məğlub olub. Bu, Kaliforniya klubunun ardıcıl üçüncü məğlubiyyəti olub. Əvvəlki oyunlarda “Leykers” "Orlando Medjik" və "Boston Selteks" qarşısında uduzub.