- Offside
- 17:00 27.02.2026
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub.
90deqiqe.Az xəbər verir ki, idmançı bunu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yarışda bacarıb.
O, finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib.
Daha əvvəl Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq.