- Offside
- 20:50 27.02.2026
Fevralın 27-də Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, iclasda yarışa hazırlıqla bağlı Tədbirlər Planının hər bir bəndinin icra vəziyyəti, xüsusilə təhlükəsizlik, marşrutlar üzrə yolların hazırlığı, tibbi təminat, logistika, viza təminatı, yarış iştirakçılarının qarşılanması, oteldə yerləşdirilməsi və digər məsələlər ətraflı müzakirə olunub.