28 fevral 2026. Şənbə

Azərbaycan paraatıcılarından Fransada iki gümüş medal


  • Offside
  • 20:42 27.02.2026
  • Oxunma sayı: 39
Azərbaycan paraatıcılarından Fransada iki gümüş medal

Azərbaycan paraatıcıları Fransada keçirilən Qran-Pridə uğurlu çıxışla yadda qalıblar.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Fransanın La-Şapel-Sen-Lyuk şəhərində təşkil olunan turnirdə Kamran Zeynalov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma (P1) növündə yüksək nəticə göstərib. Təmsilçimiz final mərhələsində 233.1 xal toplayaraq gümüş medala layiq görülüb.

Digər paraatıcı Aybəniz Babayeva da eyni uğura imza atıb. O, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma (P2) yarışında 220.8 xal toplayaraq ikinci pillədə qərarlaşıb və gümüş medalı aktivinə yazdırıb.

Beləliklə, Azərbaycan paraatıcıları Qran-Prini iki gümüş medalla başa vuraraq beynəlxalq arenada növbəti uğura imza atıblar.







Offside