- Offside
- 16:50 28.02.2026
Daşkənddə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin daha bir üzvü final mərhələsinə yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli yarımfinalda rəqibinə qalib gələrək həlledici görüşə adlayıb. O, turnirin qızıl medalı uğrunda tatamiyə çıxacaq.
Günün digər qarşılaşmalarında Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) mübarizəni erkən dayandıraraq medalsız qalıblar.
Xatırladaq ki, yarış martın 1-də yekunlaşacaq. Daha əvvəl Əhməd Yusifov (60 kq) qızıl, Balabəy Ağayev (60 kq) isə gümüş medal qazanaraq Azərbaycan komandasının hesabını açıb.