28 fevral 2026. Şənbə

ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimatı keçirilib


  • Offside
  • 14:05 28.02.2026
  • Oxunma sayı: 41
ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimatı keçirilib

Fevralın 28-də Bakı Kitab Mərkəzində “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, kitabın müəllifi Azərbaycan İdman Akademiyasının (ASA) “Fizioterapiya” təhsil proqramı üzrə məsul şəxs, Avstriyanın “Kompleks Core+” təşkilatının icraçı direktoru Roman Yahodadır.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, səhiyyə naziri Teymur Musayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, ASA-nın rektoru Fuad Hacıyev, dövlət qurumlarının nümayəndələri, hərbçilər, qazilər, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda bildirilib ki, kompleks reabilitasiya və bərpa məşqləri Böyük Britaniyanın London Universitet Kollecinin (UCL) protokollarına uyğun həyata keçirilib. Prosesə universitetin professoru və Akademiyanın magistr proqramının rəhbəri Mayk Luzmor rəhbərlik edib. Layihədə ASA-nın İdman Tibbi Tədqiqatları Laboratoriyasının əməkdaşları və “İdman tibbi və reabilitasiya” magistr proqramının məzunları da iştirak ediblər.

Qeyd olunub ki, müharibə və postmüharibə dövründə reabilitasiyaya cəlb edilən 110 hərbi qulluqçunun 75 faizi sağlamlığını bərpa etdikdən sonra yenidən ordu sıralarına qayıdıb. Eyni zamanda, 500-dən çox idmançının funksional diaqnostikası və tibbi-bioloji müşayiəti həyata keçirilib.

ASA və “Kompleks Core” təşkilatının birgə layihəsi olan kitab ölkədə bu sahə üzrə çap edilmiş ilk sistemli tədris vəsaiti kimi qiymətləndirilir. Təqdimatdan sonra müəllif oxucular üçün imza mərasimi keçirib və sualları cavablandırıb.







Offside