- Offside
- 19:32 28.02.2026
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, Rəcəbli finalda Abdul-Kerim Tasuyevi məğlub edərək birinci yeri tutub.
Bu gün tatamiyə çıxan Kamran Süleymanov, Fidan Əlizadə və Südabə Ağayeva isə medal şanslarını itiriblər.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri martın 1-də başa çatacaq. Ötən gün isə Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medal qazanıb.