1 mart 2026. Bazar günü

Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəlib


  • Offside
  • 22:10 28.02.2026
  • Oxunma sayı: 39
Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində finala yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə,  50 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək həlledici döyüşdə Daniyal Sabitlə (Qazaxıstan) üz-üzə gələcək.

Digər boksçumuz Malik Həsənov (65 kq) isə “Strandja”nı bürünc medalla başa vurub.







Offside