- Offside
- 21:28 16.08.2026
Azərbaycanın yeniyetmə cüdoçusu Kamran Süleymanov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında final görüşünü keçirib.
Corner.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada yaponiyalı Keiji Tsujioka ilə üz-üzə gəlib.
Süleymanov rəqibinə vaza-ari ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, eyni çəkidə çıxış edən Turan Bayramov bürünc medal görüşündə qırğızıstanlı Çingizxan Saqnaliyevə uduzub.