1 mart 2026. Bazar günü

Qətərdə futbol yarışları təxirə salındı


  • Offside
  • 16:50 01.03.2026
  • Oxunma sayı: 51
Qətərdə futbol yarışları təxirə salındı

Yaxın Şərqdə gərginliyin artması Qətər futboluna da təsirsiz ötüşməyib.

90deqiqe.Az xəbər verir ki, Qətər Futbol Federasiyası ölkədə keçirilən bütün liqa və turnirlərin “ikinci bildirişədək” təxirə salındığını açıqlayıb. Qərarın İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq bölgədəki ABŞ hərbi bazalarına yönəlmiş zərbələri ilə əlaqədar qəbul edildiyi bildirilib.

Bildirilib ki, yeni oyun təqvimi ilə bağlı qərar əlavə təhlükəsizlik qiymətləndirməsindən sonra açıqlanacaq.

Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-də, Tehranla Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə cavab olaraq İsrail ərazisi ilə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn daxil olmaqla bir sıra ölkələrdə hədəflərə zərbələr endirib.

Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei və bir neçə yüksək vəzifəli şəxs həlak olub. İran Qızıl Aypara Cəmiyyəti bombardmanlarda 201 nəfərin həyatını itirdiyini, 747 nəfərin isə yaralandığını açıqlayıb.







Offside